Biblioqrafiya — Biblioqrafiya termini Qədim Yunanıstanda meydana gəlmiş və əvvəllər "kitab yazılması" mənasını vermişdir. Yunan alimi və şairi Kollimaxinin (e.ə. 310–240) "Müxtəlif elmlərdə fərqlənənlərin hamısının və onların yazdıqları hər şeyin cədvəlləri" əsəri ilk biblioqrafik nümunə hesab olunur. Kitab çapından sonra bibloqrafiya çap əsərlərinin uçot və qeydini aparan, onları sistemləşdirən, təsvir, tövsiyə və təbliğ edən elm və əməli fəaliyyət sahəsi kimi formalaşmağa başladı. Azərbaycanda ilk biblioqrafik toplular "Kitabiyyat" adlandırılırdı. Bir sıra təkzirələr, adlar lüğətləri biblioqrafik funksiya da daşıyır. XX əsrin 10-cu illərindən başlayaraq Azərbaycanda biblioqrafiya elmi əsaslarla inkişaf edir.
XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə vəsfül-kitab (وسفول-کیتاب) adlandırılmışdır.[1]